Ölkə xaricində olan prezidenti devirdilər

Ordu adından kommyunikeni leytenant Ondo Obianq Kelli oxuyub
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Afrika ölkəsi olan Qabonda hərbçilər dövlət radiostansiyasına nəzarəti ələ keçirərək ölkə prezidentinə etibarın itdiyini və "Milli Bərpa Şurası" yaradıldığını bəyan ediblər.

Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir. Məlumata əsasən, hərbçilər radionun ofisinə yerli vaxtla səhər saat 04:00-da gəliblər. Ordu adından kommyunikeni leytenant Ondo Obianq Kelli oxuyub.

Qabon prezidenti Əli Bonqo Ondinba oktyabrın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda xəstəxanaya yerləşdirilib. 59 yaşlı prezidentin insult keçirdiyi bildirilir. Onun hazırda Mərakeşdə bərpa dövrü keçdiyi bildirilir.