BAKI, 7 yanvar — Sputnik. İran Mərkəzi Bankının sədri Abdunnasir Himmeti İran rialından 4 sıfırın çıxarılması ilə bağlı hazırladığı layihəni hökumətə təqdim edib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Himmeti layihəyə ilk olaraq Nazirlər Kabinetində baxılacağını deyib.
Layihə İran parlamentində qəbul edilərsə, rialdan 4 sıfır atılacaq və mövcud 10 min rial 1 tümən olacaq. 1 tümən də yeni çıxarılacaq 100 riallıq banknotlara bərabər tutulacaq.
Himmeti layihənin qəbul edilməsi ilə yeni banknotların çapına başlanacağını qeyd edib.