Mətbuat katibinə yüksək vəzifə verildi

O, indiyə qədər Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri olub
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nə direktor təyin edilib.

Mətbuat katibinə yüksək vəzifə verildi

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.