Türk təyyarələri terrorçuları məhv etdi

Hava əməliyyatları İraqın Avaşin-Basyan bölgəsində keçirilib
Sputnik

BAKI, 6 yanvar – Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 7 terrorçunu məhv edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, hava əməliyyatları İraqın Avaşin-Basyan bölgəsində keçirilib. Həmçinin terrorçuların sığınacaqları da məhv edilib.