BAKI, 6 yanvar — Sputnik. Malayziya kralı V Məhəmməd taxt-tacdan imtina edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, kral federal konstitusiyanın 32(3) maddəsinə uyğun olaraq dövlət başçısı səlahiyyətlərindən imtina edib.
“Star” qəzeti kral sarayındakı mənbəyə istinad edərək yazıb ki, Əlahəzrət bu barədə rəsmi olaraq bildirib: “O, Hakimlər Konferensiyasına rəsmi məktub göndərib”.
V Məhəmməd bundan əvvəl onu Malayziya kralı seçmiş Konferensiya üzvlərinə, eləcə də baş nazirə və ölkənin federal hakimiyyətinə təşəkkür edib.
Qəzet iddia edir ki, V Məhəmməd onun üçün doğma olan Kelantan Sultanlığına qayıtmaq niyyətindədir. Kralın hansı səbəbdən taxt-tacdan imtina etdiyi bilinmir.
Kelantan Sultanlığının sultanı, V Məhəmməd 1969-cu il oktyabrın 6-da Malayziyanın Kelantan Sultanlığında doğulub. Malayziya. Tailand və Böyük Britaniyada doğulub. O, 2016-cı ildə 5 il müddətinə Malayziya kralı seçilib.