HADİSƏ

Ağsuda 5 otaqlı ev külə döndü

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Sputnik

BAKI, 6 yanvar – Sputnik. Ağsu rayonunda yanın qeydə alınıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Gəgəli kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.