Sahil televizor, soyuducularla dolub, hamı evinə daşıyıb

Konteynerlərdə oyuncaqlar, televizorlar, ayaqqabılar, masalar və digər əşyalar olub
Sputnik

BAKI, 5 yanvar — Sputnik. Almaniyanın Borkum adasında bir gəmidə konteynerlərin suya düşməsi insanlara bayram sevinci yaşadıb.

Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, fırtına səbəbindən suya düşən konteynerlər Hollandiya sahillərinə gəlib çıxıb. Sahil kənarında yaşayan insanlar həmin konteynerlərdə olan məhsulları götürüb evə aparıblar.

Nəhəng gəmidən 270 konteyner dənizə düşüb. Fırtına o qədər güclü olub ki, onları Hollandiyaya qədər aparıb. Konteynerlərdə oyuncaqlar, televizorlar, ayaqqabılar, masalar və digər əşyalar olub.

Almaniya və Hollandiya sahil təhlükəsizlik qüvvələri əhalini bu konteynerlərdən uzaq dayanmağa çağırıb.