HADİSƏ

Bir gündə 2 avtomobil qaçırıb qəza törətdi

Said Kərimov hər iki fakt üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 yanvar - Sputnik. Masallı rayonu Xırmandalı kənd sakini, 1992-ci il təvəllüdlü Said Kərimov Masallı şəhəri H.Əliyev prospektində yol kənarında saxlanılan, Məhəddin Alışova məxsus “VAZ-2017” markalı minik avtomobilini qaçırıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, o, Masallı şəhəri Seybətin küçə küçəsi ilə hərəkət edərkən idarəetməni itirib və avtomobili yol kənarında yerləşən hasara çırpıb.

Amma S.Kərimov bundan dərs almayıb. O, qəza törətdiyi əraziyə yaxınlıqda Elvar Mənsimova məxsus “VAZ-2107” markalı digər minik avtomobilini qaçırıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki hadisəni törədən, əvvəllər məhkum olunmuş Said Kərimov qaçırdığı avtomobildə saxlanılıb. S.Kərimov törətdiyi cinayətləri etiraf edib.

Qeyd edək ki, Said Kərimov hər iki fakt üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.