HADİSƏ

Bərdədə ağır qəza: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı

Qəza nəticəsində avtomobildə olan sürücü E.Mirzəyev və sərnişin Mobilli Rəvan Kamil oğlu xəsarət alıb
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Bərdədə İdarəetməni itirən sürücü avtomobili yanacaqdoldurma məntəqəsinə çırpıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisəyə “Mercedes” markalı avtomobili idarə edən 32 yaşlı Mirzəyev Emil Kamil oğlunun surət həddini aşması səbəb olub.

Bərdədə ağır qəza: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı

Nəticədə, idarəni itirən “Mercedes” əvvəlcə küçədəki 2 avtomobilə, sonra isə Koroğlu küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ofisinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sürücü E.Mirzəyev və sərnişin Mobilli Rəvan Kamil oğlu xəsarət alıb. Hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralıların vəziyyəti ağırdır.

Bərdədə ağır qəza: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı

Hadisə yerinə Bərdə rayon Polis Şöbəsinin və Dövlət Yol Polisi bölməsinin əməkdaşları gəlib. Qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.