Rusiyanın 6 dənizçisi Afrika sahilində yoxa çıxıb

Rus dənizçilər Panama bayrağı altında üzən "MSC Mandy" gəmisində çalışırmışlar
Sputnik

BAKI, 5 yanvar — Sputnik. Benin Körfəzində Rusiyanın altı dənizçisi qaçırılıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Rusiya vətəndaşı olan 6 dənizçi Qərbi Afrika ölkəsi olan Benin sahilində quldurlar tərəfindən qaçırılıb.

Rus dənizçilər Panama bayrağı altında üzən "MSC Mandy" gəmisində çalışırlar. Rusiyanın Benindəki səfirliyi qaçırılma hadisəsini təsdiqləyib. Səfirlik gəmidə 20 Rusiya, 4 Ukrayna və 2 Gürcüstan vətəndaşının olduğunu açıqlayıb.

Qaçırılan dənizçilərin qaynaqçı, aşçı və s. olduğu deyilib.