ABŞ-da ilk dəfə bir türk bələdiyyə sədri seçilib

Respublikaçı Partiyasının üzvü olan və 15 ildir Chathamda yaşayan Selen İstanbul Texniki Universitetinin Memarlıq Fakültəsinin məzunudur
Sputnik

 

BAKI, 5 yanvar — Sputnik. ABŞ-da ilk dəfə bir türk - Tayfun Selen bələdiyyə sədri seçilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Tayfun Selen ABŞ-ın Nyu Cersi ştatına bağlı Chatham rayonun bələdiyyə sədri seçilib.

Türkiyənin Nyu-Yorkdakı baş konsulluğu Tayfun Seleni təbrik edib.

Qeyd edək ki, vəzifə müddəti bitən Chathamın əvvəlki bələdiyyə sədri Curt Ritter dördüncü dəfə namizəd olmayacağını bildirmişdi. Yerli qanunlara görə əhali 3 ilə 5 üzvdən ibarət olan bələdiyyə komitəsini seçir. Bələdiyyə Komitəsi isə bələdiyyə sədrini təyin edir.

Respublikaçı Partiyasının üzvü olan və 15 ildir Chathamda yaşayan Selen İstanbul Texniki Universitetinin Memarlıq Fakültəsinin məzunudur. Selen Nyu-Cersidəki "Montclair State" universitetində magistratura pilləsində təhsil alır.