Avropa ölkəsi hər kəsi könüllü olaraq miqrant kimi qəbul edir

Belçika qapılarını miqrantlara açıb
Sputnik

BAKI, 5 yanvar — Sputnik. Belçika Krallığının 3 regionundan biri olan Flemiş qapılarını miqrantlar üçün açıb.

Sputnik Azərbaycan-ın ingilis dilli mediaya istinadən xəbərinə görə, regional nazir Filip Muyters bu haqda açıqlama verib. O bildirib ki, artıq yanvarın 1-indən etibarən bu regiona gələrk işləmək istəyən miqrantlar üçün şərait yaradılıb. Məlumata görə, artıq 20 sahə üzrə vakansiya yaradılıb.

"Dayə, kran operatoru, qəssab, aşbaz və s. iş yerləri üçün vakansiyalar elan etmişik. Düşünürük ki, bununla biz iqtisadiyyatımızı daha da çiçəkləndirəcəyik".