CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gedişat Ermənistanı siyasi səhnədə tək qoya bilər"

Politoloq bildirib ki, Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi üçün Rusiyanın əlində kifayət qədər imkanlar var
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində 2019-cu ilin siyasi trendləri mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Kənan Paşayev Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən hadisələri şərh edib.

Ekspert bildirib ki, ötən il Ermənistanda baş verən hakimiyyət dəyişikliyi başa çatsa da, ölkədə hələ də qeyri sabitlik var: "Paşinyanın qarşısında həllini gözləyən problemlər var. Ermənistanda Paşinyana qarşı güclü müxalifət formalaşıb. Hazırki Ermənistan hakimiyyəti xarici siyasətini balanslaşdıra bilmir. Bu gedişat Ermənistanı siyasi səhnədə tək qoya bilər".

"Gedişat Ermənistanı siyasi səhnədə tək qoya bilər"

Daha sonra çıxış edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Paşinyanın qarşısında duran həlli vacib məsələləri açıqlayıb. O bildirib ki, bu il ərzində Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addım atmalıdır: "Əks təqdirdə cəbhə xəttində vəziyyət gərginləşəcək. Ermənistanın hazırkı iqtisadi vəziyyəti ağırdır. Bu vəziyyətdən çıxış yolu münaqişənin həllindən keçir. Ötən il Azərbaycanın Qarabağ icmasının rəhbərliyində dəyişiklik edildi. Bu, onu göstərir ki, Azərbaycan artıq icmalar arası dialoqa hazırdır".

"Gedişat Ermənistanı siyasi səhnədə tək qoya bilər"

Politoloq bildirib ki, Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi üçün Rusiyanın əlində kifayət qədər imkanlar var: "Münaqişənin həll edilməsi Ermənistanın da xeyrinədir. Ötən ilin sonlarında Azərbaycanın Kollektiv Təhlükəzlik Müqaviləsi Təşkilatına(KTMT) üzv olacağı ilə bağlı xəbərlər yayıldı. Əgər Dağlıq Qarabağ ətrafındakı torpaqlar azad edilərsə, Azərbaycanın KTMT-yə marağı arta bilər. Hətta proseslər bu məcrada davam edərsə, bölgədə yeni formatın qurulması da mümkündür".

"Gedişat Ermənistanı siyasi səhnədə tək qoya bilər"

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmirəliyev də Ermənistanda hakimiyyət dəyişikliyinin regionda gedən proseslərə təsirlərindən danışıb. Ekspert bildirib ki, parlament seçkilərindən öncə keçmiş prezident Robert Koçaryanın həbsi, Paşinyanın erməni xalqı arasındakı nüfuzuna mənfi təsir etmədi: "Hazırda Paşinyan və komandasına təhlükə yaradacaq ən güclü amil Qarabağdakı separatçı rejimdir. Separatçılar Paşinyanın hakimiyyətini həzm edə bilmirlər. Paşinyan mütləq şəkildə separatçı qüvvələri zərərsizləşdirməlidir. Əks halda Ermənistanda hərbi çevrilişə cəhd olacağı ehtimalı var".

https://www.youtube.com/watch?v=zzlE81prONU&feature=youtu.be