Səfir hotel otağında ölü tapılıb

Yunanıstan səfirinin cəsədi tapılıb
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Yunanıstanın Venesueladakı səfiri Angelos Haritosun "Altamira Suites" hotelində cəsədi tapılıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ölüm səbəbləri ilə bağlı olaraq ilkin açıqlama verilib. Yayılan ilkin məlumatda səfirin patoloji səbəblərdən dünyasını dəyişdiyi qeyd olunub. Artıq ölümün səbəblərinin araşdırılması üçün istintaqa start verilib.

Qeyd edək ki, 55 yaşlı səfir evli idi, 2 övladı vardı.