BAKI, 4 yanvar — Sputnik. Türkiyədə hamamda kütləvi zəhərlənmə baş verib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə Dördyol ilçəsində qadınlar hamamda olan zaman səhhətlərində problem yaranıb. Təcili tibbi yardım çağırılıb və məlum olub ki, 18 qadın zəhərlənib. Bir neçə gün öncə hamamı təmizləyən zaman istifadə edilən təmizləyici maddənin qalıqları isti su ilə təması insanların zəhərlənməsinə səbəb olub.
Qadınlara tibbi yardım göstərilib, hal-hazırda müalicələri davam etdirilir.