Polşa XİN rəhbəri: "Şimal axını -2" Ukraynanı məhv edir"

Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.
Sputnik

 

BAKI, 4 yanvar — Sputnik. "Şimal axını-2" qaz kəməri layihəsi Rusiya əleyhinə sanksiyaların effektini məhv edir və "Ukrayna"nın qatilidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Yatsek Çaputoviç "Handelsblatt" nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Avropa bu layihəni sonlandırmalıdır: "Şimal axını -2" Ukraynanın məhv edir. Əgər Ukrayna ərazisindən Rusiya qazının tranziti azalarsa, ölkənin gəlirlər nəinki kifayət qədər azalacaq, hətta ilk növbədə Ukrayna Rusiyanın sonrakı aqressiyası qarşısında qorumasız qalacaq".

Çaputoviç eyni zamanda Almaniya və Avstriyanı "yalan deməkdə və Avropa əleyhinə mövqedə ittiham edib: "Biz Avropa İttifaqının mövqeyini dəstəkləyirik. Almaniya və Avstriya yeni-yeni manevrlər edir və "Şimal axını – 2" layihəsi üçün istisnalar istəyirlər. Ona görə də ümumi Avropa fikri yoxdur".

atırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Baltikyanı ölkələr, Polşa və Ukrayna "Şimal axını-2" qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bu ölkələr hesab edirlər ki, "Şimal axını-2" iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığını daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.