RUSİYA

Partlayışda ölənlərin şəxsiyyəti müəyyənləşib

Ölənlərdən altısı uşaqdır
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Maqnitoqorskda partlayış zamanı ölənlərin cəsədlərinin şəxsiyyəti müəyyənləşdirilib. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya fövqəladə hallar nazirinin müavini Aleksandr Çupriyan məlumat verib. 

O bildirib ki, sonuncu, 39-cu həlak olan şəxsin kimliyi müəyyən edilib. Məlumata görə, həmin şəxs qadın olub. Ölənlərdən 6-sı uşaqdır.

Xatırladaq ki, dekabrın 31-də Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli binanın girişində qaz sızması nəticəsində partlayış baş vermişdi. Partlayış zamanı binanın bir bloku dağılmış, dağıntılar altından 39 nəfərin cəsədi çıxarılıb.

Partlayış zamanı ölənlərin yaxınlarına, xəsarət alan və əmlakını itirmiş şəxslərə maddi yardım edilib.