Onlarla cinayətkar qrupa başçılıq edən qadın narkobaron tutulub

Alias narkotika baronluğu ilə yanaşı cinayət, xərac kəsmə, adam qaçırma və soyğun cinayətləri ilə axtarışda olub
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Meksikanın Guerrero bölgəsində 15 cinayətkar qrupa liderlik edən "La Nena" ləqəbli qadın narkotika baronu Erika Alias həbs edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Alias narkotik baronluğu ilə yanaşı cinayət, xərac kəsmə, adam qaçırma və soyğun cinayətləri ilə bağlı axtarışda olub.

Meksika Sülh İnşası Koordinasiya Qrupu sözçüsü Roberto İvarez Heredia, Aliasın ölkənin şimalında olan bütün cinayətkar qrupların idarəetməsini ələ keçirdiyini bildirib.