Hadisə onu sevməyənlərə “hədiyyə” etdi

Müğənni fotoda verdiyi pozda onu sevməyən izləyiciləri təhqir etdiyi açıq görünür.
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Türkiyənin məşhur müğənnisi Hadisə sosial şəbəkədə paylaşdığı şəkil ilə izləyicilərini təhqir edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni “Instagram”da şəkil paylaşıb və şərh bölmündə yazıb ki, məni sevməyənlər şəkili yaxınlaşdırıb diqqətlə baxın, sizə hədiyyəm var. Müğənni fotoda verdiyi pozda onu sevməyən izləyiciləri təhqir etdiyi açıq görünür. İzləyicilər bu hərəkəti yaxşı qarşılamayıb və şərhlərdə müğənniyə bunu yaraşdırmayıblar.