FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qeyri-adi gözəllik: Karl Faberjenin naməlum zərgərlik məmulatları

Sputnik

Yəqin ki, Karl Faberjenin şərəfinə "Faberje yumurtaları" adlandırılan orijinal zərgərlik məmulatı barədə eşitməyən yoxdur. Lakin yumurtalardan başqa, Faberje zərgərlik evi bir çox digər maraqlı məmulatlar da hazırlayıb. Onların arasında portsiqarlar, qablar, külqabılar, telefonlar, tibbi şprislər və samovarlar da var.

Faberjenin hazırladığı məmulatlara hər zaman Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, İsveçrənin, Niderlandın, Yunanıstanın, Bolqarıstanın imperator və kral ailələrində tələbat olub. Onun adı isə dəbdəbə, ehtişam sözləri ilə sinonim təşkil edib.

"Faberje üslubunun unikal ekspozisiyası. Zamanın fövqündəki mükəmməllik" sərgisində 400-dən artıq eksponat nümayiş olunur. O eksponatların əksəriyyəti əvvəllər heç yerdə nümayiş etdirilməyib. Bu ekspozisiya Baden-Badendəki Faberje muzeyinin, Ermitajın, "Peterqof" muzey-qoruğunun, Dövlət Tarix Muzeyinin, Ümumrusiya dekorativ-tətbiqi və xalq sənəti muzeyinin, eləcə də Rusiya milli muzeyinin kolleksiyalarından toplanıb. Sərgidə nümayiş etdirilən nadir eksponatların şəkilləri ilə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiz.

1 / 14
Üzərində imperatorun gerbi olan original qablaşdırmada qalstuk üçün sancaq. 19-cu əsrin sonu. Baden-Baden, Faberje muzeyi
2 / 14
İmperatriçanın tacı. Paytaxtdakı zərgərlik mağazalarında müxtəlif firmaların istehsalı olan əşyalar satılır, lakin alıcılar həmişə Faberjenin məmulatlarına üstünlük verirlər.
3 / 14
İmperator pasxa yumurtası. 1917-ci il, Baden-Baden, Faberje muzeyi.
4 / 14
İyirmi beş predmetdən ibarət araq dəsti: iki kuzə, 12 gümüş badə altlığı, 10 büllur stəkan, bir ədəd sini. 1895-ci il. Baden-Baden, Faberje muzeyi.
5 / 14
Masaüstü telefon. Onun hazırlanmasında mis, latun və bir sıra digər əlvan metallardan istifadə edilib.
6 / 14
Siqar qutusu. 1899-1908-ci illər. Baden-Baden, Faberje muzeyi.
7 / 14
Dovşan və altı dovşan balası fiqurundan ibarət kuzə dəstə. 1894-ci il. Baden-Baden, Faberje muzeyi.
8 / 14
İmperator pasxa yumurtası. 1904-cü il. Baden-Baden, Faberje muzeyi.
9 / 14
Qunduz formalı qab. 1890-cı il. Dövlət Ermitajı, Sankt-Peterburq.
10 / 14
“Kəpənək” sancağı. Birinci Dünya Müharibəsi başlayandan sonra Rusiyada qiymətli zərgərlik məmulatlarına olan tələbat qəflətən aşağı düşərkən, Faberje xariclə uğurlu ticarət qurub.
11 / 14
“Varisin göy bürcləri” adlandırılan imperator pasxa yumurtası. Bu, yarımçıq qalmış və 52 imperator pasxa yumurtalarından sonuncusudur. O, Karl Faberje firması tərəfindən Rusiya imperator ailəsi üçün hazırlanıb. Onu çar II Nikolay öz arvadı Aleksandra Fyodorovna üçün pasxa bayramına hədiyyə olaraq sifariş edilib. Lakin 1917-ci ildə çar taxtdan endirildiyi üçün, hədiyyə sahibinə çatmayıb.
12 / 14
Delfin formasında gümüş külqabı.
13 / 14
Bosx quşu formasında kibrit qabı. 1904-1908-ci illər. Baden-Baden, Faberje muzeyi.
14 / 14
Faberje muzeyinin (Baden-Baden) nadir eksponatları