HADİSƏ

Ər-arvad intiharının təfərrüatı ortaya çıxıb

Həyat yoldaşının ölümündən sonra qınağa məruz qalan qadın özünü bağışlaya bilmirmiş
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Bir neçə gün öncə Quba rayonunun Susayqışlaq kəndində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub. Bu barədə Sputnik Azərbaycan-a kənd sakinləri məlumat veriblər.

Həyat yoldaşının intiharına dözməyib özünü öldürdü

Məlumata görə, həyat yoldaşının intiharından sonra canına qəsd edən Ceyran Bədirxanova, ərinin ölümündə özünü günahkar hesab etdiyi üçün bu addımı atıb. Uzun müddətdir ailəli olan Səməd və Ceyran Bədirxanovların arasında son zamanlarda ciddi problemlər yaşanırmış. Problemlərə dözə bilməyən, 1969-cu il təvəllüdlü S.Bədirxanov dekabr ayının 29-da yaşadığı evin damında özünü asıb.

Ərinin ölümündən sonra qınağa məruz qalan qadın özünü bağışlaya bilmirmiş. Yeməkdən belə, imtina edən C.Bədirxanova yanvarın 2-də eyni üsulla ərinin intihar etdiyi yerdə özünü asaraq intihar edib.

Ailənin iki övladı var. Hazırda faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.