QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azərbaycan Qarabağ məsələsində icmalararası dialoqa hazırdır"

Elxan Şahinoğlu: "Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addım atmalıdır"
Sputnik

BAKI, 4 yanvar — Sputnik. "Ötən il Ermənistanda baş verən hakimiyyət dəyişikliyi başa çatsa da, ölkədə qeyri-sabitlik davam edir. Nikol Paşinyanın qarşısında həllini gözləyən problemlər var".

"Azərbaycan Qarabağ məsələsində icmalararası dialoqa hazırdır"

Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində 2019-cu ilin siyasi trendləri mövzusunda keçirilən tədbirdə, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Kənan Paşayev belə deyib.

"Ermənistanda Paşinyana qarşı güclü müxalifət formalaşıb. Hazırkı Ermənistan hakimiyyəti xarici siyasətini balanslaşdıra bilmir. Bu gedişat Ermənistanı siyasi səhnədə tək qoya bilər" - deyə politoloq bildirib.

Daha sonra çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Paşinyanın qarşısında duran həlli vacib məsələləri açıqlayıb. Onun fikrincə, bu il ərzində Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addım atmalıdır.

"Əks təqdirdə cəbhə xəttində vəziyyət gərginləşəcək. Ermənistanın iqtisadi vəziyyəti ağırdır. Bu vəziyyətdən çıxış yolu münaqişənin həllindən keçir. Ötən il Azərbaycanın Qarabağ icmasının rəhbərliyində dəyişiklik edildi. Bu, onu göstərir ki, Azərbaycan artıq icmalararası dialoqa hazırdır" - Şahinoğlu vurğulayıb.