BAKI, 4 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Trampın Administrasiyası 2018-ci ilin sonlarından onun Şimali Koreya lideri Kim Çen Inla görüş üçün münasib yer axtarır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "CNN" telekanalı mənbələrə istinadən xəbər verir.
Mənbələr bildirib ki, Tramp Administrasiyası müxtəlif yerlərə bununla bağlı sorğu göndərib. Məlumatda qeyd olunur ki, ABŞ rəsmiləri, hələlik görüşün mümkün yerləri barədə Şimali Koreyadan olan həmkarlarını məlumatlandırmayıblar. Ona görə onların siyahısı gələcəkdə genişlənə bilər.
Telekanalın ekspertləri hesab edirlər ki, Tramp və Kim Çen In yaxın aylarda görüşə bilər.