HADİSƏ

Ukraynada türkiyəli tələbələr qətlə yetirildilər

Xarkovda iki türkiyəli tələbə qətlə yetirilib
Sputnik

BAKI, 4 yanvar - Sputnik. Ukraynanın Xarkov şəhərində Türkiyədən olan iki tələbənin yaşadıqları evdə meyitləri tapılıb. 

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov vilayətinin Milli Polisi məlumat yayıb. 20 və 22 yaşında olan qadınlar dekabrın 31-dən mobil telefonlarına cavab verməyiblər. Yanvarın 3-də isə tələbə oğlan polisə müraciət edərək tələbə yoldaşlarının yerinin müəyyən olunmasını istəyib. Polislər türkiyəli tələbələrin yaşadıqları evə gələrək onların meyitlərini müəyyən ediblər. Onların üzərində zorakılıq əlamətləri aşkar olunub. Türkiyədən olan tələbələr Xarkov Tibb Universitetinin ikinci kursunda təhsil alırdılar.

Faktla bağlı cinayət işi açılıb və cinayətkarın tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.