RUSİYA

Partlayış qurbanlarının sayı artır

Hazırda 5 nəfərin cəsədinin axtarışları davam etdirilir
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişində qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 37-nəfərə çatıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dağıntılar altından daha iki qadın və bir kişinin cəsədi çıxarılıb.

Hazırda 5 nəfərin cəsədinin axtarışları davam etdirilir. Ölənlərdən 6-sı uşaqdır.

Xatırladaq ki, partlayış dekabrın 31-də baş verib. Hadisə zamanı binanın bir bloku dağılıb.

Həmin gün Rusiya prezidenti Vladimir Putin Maqnitoqorska gəlib. Yanvarın 2-si Çelyabinskdə matəm günü elna edilib. Hadisənin terror aktı olması ehtimalı istisna edilir.