İQTİSADİYYAT

Manatın yeni ildə ilk rəsmi məzənnəsi açıqlandı

Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Yanvar ayının 3-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi 2018-ci ilin dekabr ayının 28-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 1.9323 manata düşüb, rubl/manat məzənnəsi 0,0245 manatda qalıb, türk lirəsi isə 0,3141 manata geriləyib.

Qeyd edək ki, dekabrın 28-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9468 manata, 1 rubl 0,0245 manata, 1 türk lirəsi isə 0,3212 manata bərabər idi.