Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 3 yanvar— Sputnik. Balakən rayonunda bədbəxt hadisə baş verib. 1983-cü il təvəllüdlü Tülü kənd sakini Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Mərhum dəm qazından zəhərləndiyi bildirilir. Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.