CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtovağzaldan bir gün ərzində 20 minədək sərnişin yola düşüb

Bayram günlərndə ən çox sərnişin sıxlığı 29 dekabr tarixində müşahidə olunub
Sputnik

BAKI, 3 yanvar — Sputnik. "Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayramqabağı və bayram günlərində – 28 dekabr tarixindən, 2 yanvar da daxil olmaqla, 70 mindən çox sərnişinin şəhərlərarası və beynəlxalq səfəri təmin edilib. Respublikanın bütün bölgələrinə axın çox olmasına baxmayaraq daha çox Gəncə, Quba, Qusar, Xaçmaz, Astara, Şəki bölgələrinə, beynəlxalq reyslərdə isə Gürcüstana olan reyslər üstünlük təşkil edib. Gün ərzində təxminən 80-ə yaxın əlavə avtobus cəlb olunub". Bu barədə Avtovağzal kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.

Məlumata görə, ən çox sərnişin sıxlığı 29 dekabr tarixində müşahidə olunub. Həmin gün ərzində 17 minə yaxın sərnişin yola salınıb. 31 dekabrda isə digər günlərə nisbətən sərnişin sıxlığı az olub.

Qiymətlərin daşıyıcı şirkətlər tərəfindən süni şəkildə artırılmasının qarşısını almaq, eləcə də kassaların fəaliyyətinə və bilet satışına nəzarət etmək üçün yaradılan xüsusi qiymət komissiyası heç bir süni qiymət artımı aşkarlamayıb. Bayram günlərində BBAK-ın məlumat mərkəzinə, eləcə də "Facebook" səhifəsinə gələn suallar mütəmadi cavablandırılıb və gedişlə bağlı heç bir şikayət daxil olmayıb.