"Usəma bin Ladenin pulu"nun çapı dayandırılır

Yanvarın 27-dən etibarən Avrozonada olan 19 bankdan 17-də əskinasın buraxılışı dayandırılacaq
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Avropa Mərkəzi Bankı cari il yanvarın 27-dən etibarən 500 avroluq əskinasların buraxılışının dayandırılacağını elan edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu əskinas maliyyə terrorunda çirkli pulların yuyulması məqsədilə istifadə edilir. Bu səbəbdən də Avropa KİV-də 500 avroluq əskinası "Usəma bin Ladenin pulu" adlandırırlar.

Bu qəsəbəyə köçənə 2300 avro veriləcək — VİDEO

Qeyd edilir ki, 2019-cu il yanvarın 27-dən etibarən Avrozonada olan 19 bankdan 17-də əskinasın buraxılışı dayandırılacaq. Avstriya və Almaniya bəzi səbəblərə görə, aprelin 26-dək həmin əskinasları buraxacaq.

500 avroluq əskinasın ləğv edilməsi barədə qərar Avropa Mərkəzi Bankı tərəfindən 2016-cı ilin may ayında qəbul edilmişdi. Avropa Mərkəzi Bankının məlumatına görə, bu banknotların ümumi dövriyyədə payı 2,4 faiz təşkil edir. 2018-ci ilin noyabr ayına olan məlumata görə, dövriyyədə 521 milyon avro məbləğində 500 avroluq əskinas var.