Qasırğa qurbanlarının sayı artır

Bəzi rayonlarda məktəblərdə tətil elan edilib
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Filippində "Usman" tropik qasırğasının fəsadı, güclü yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 122-yə çatıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, çərşənbə axşamı verilən məlumata görə, 28 nəfər itkin düşüb, 60 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Təbii fəlakət 75 mindən çox insana təsir edib, onlardan 30 mini təxliyə edilib.

Bəzi rayonlarda məktəblərdə tətil elan edilib. Tropik qasırğa dekabrın 30-da başa çatıb.