HADİSƏ

Gəncədə fövqəladə hadisə

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub
Sputnik

BAKI, 2 yanvar — Sputnik. Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 0,5 m² sahədə və digər otaqlarında ev əşyaları qismən yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.