HADİSƏ

Mingəçevirdə əlində fişəng partlayan yeniyetmə Bakıya göndərilib

Nəticədə 12 yaşlı yeniyetmənin sol gözü zədələnib
Sputnik

BAKI, 1 yanvar - Sputnik. Mingəçevir şəhərində əlində pirotexniki vasitə partlayan yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. 

"Report"un verdiyi məlumata görə, iki gün əvvəl 2007-ci il təvəllüdlü Yusif Sadıq oğlu İsmayılovun əlində fişəng partlayıb. 

Nəticədə 12 yaşlı yeniyetmənin sol gözü zədələnib. O, müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilib.