Türk ordusunun ötən il məhv etdiyi terrorçuların sayı açıqlandı

Hülusi Akar qeyd edib ki, yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçuları ilə mübarizədə qarşıya qoyulan hədəfləri effektiv şəkildə reallaşdıracaq
Sputnik

BAKI, 1 yanvar - Sputnik. Türkiyə 2018-ci ildə 147 genişmiqyaslı hərbi əməliyyat keçirib. Bu barədə Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hülusi Akar bildirib.

Onun sözlərinə görə, bu əməliyyatlar nəticəsində 2398 terrorçu məhv edilib. Nazir, həmçinin vurğulayıb ki, qərargah, sığınacaq, silahla dolu anbarlar daxil olmaqla terrorçulara məxsus 922 obyekt məhv edilib.

Hülusi Akar eyni zamanda qeyd edib ki, yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçuları ilə mübarizədə qarşıya qoyulan hədəfləri effektiv şəkildə reallaşdıracaq.