ELM

Keçən ilin ən vacib elmi nailiyyətləri məlum olub

Siyahıya ABŞ-da silsilə qətllər törətmiş qatilin tapılmasında polisə kömək edən genetiklər də yer alıb
Sputnik

BAKI, 1 yanvar - Sputnik. “Science” jurnalı 2018-ci ili ən əhəmiyyətli elmi nailiyyətlərinin siyahısını yayımlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, siyahıya beynəlxalq alimlər birliyinin həyata keçirdiyi embrion hüceyrələrinin inkişafı işi liderlik edir. Bu araşdırma gələcək 10 ildə molekulyar tibbdə elmi tədqiqatların gedişini dəyişəcək.

Bu ilin elmi nailiyyətləri arasında iki növ qədim insanın neandertalaların və denisovaların qarışıqlığının sübutudur. Alimlər belə bir nəticəyə gəncə məxsus 90 min il yaşda olan sümüyü araşdırdıqdan sonra gəlib.

Siyahıya ABŞ-da silsilə qətllər törətmiş qatilin tapılmasında polisə kömək edən genetiklər də yer alıb.

Cinayət hadisəsi törədilən yerdə olan sübutlar və DNT bazalarınında birinin nümunəsi müqayisə üçün təqdim edilib.

Əvvəlcə şübhəlinin yaxınlarını, sonra isə özünü müəyyən etmək mümkün olub.

Beləliklə, 1970-1980-cı illərdə Kaliforniya ştatında cinayət törətmiş şəxsin polis əməkdaşı olduğu müəyyən edilib.

Eyni zamanda bu il üçün elm sahəsində olan uğursuzluqlardan biri çinli alim Tzyankui Xenin insan genomunu dəyişmə araşdırması olub. Onun geni modifikasiya olunmuş uşaqlar araşdırması etik baxımdan müzakirələrə səbəb olub.