BAKI, 31 dekabr — Sputnik. Türkiyənin Kocaeli əyalətində keçirilən əməliyyat nəticəsində 4 İŞİD üzvü həbs edilib.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, əməliyyat səhər tezdən Terrorla Mübarizə qrupları tərəfindən həyata keçirilib.
Tutulanlardan 3 nəfərin Suriya əsilli şəxslər olduğu bildirilir. Onların İŞİD terror təşkilatında bomba və partlayıcı maddələrdən məsul olduğu iddia edilir.
Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.