Dəhşətli partlayış anı kameralar tərəfindən çəkilib

Blokun sol hissəsi – ümumilikdə 30 mənzil çöküb.
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş verən partlayış anı kameraların yaddaşına həkk olunub.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, qonşu blokun birinci mərtəbəsində yerləşən anbarın kamerası partlayış anını qeydə alıb. Videoda partlayış anının dəqiq vaxtı görünür – yerli vaxtla 06:02 (Bakı vaxtı ilə 05:02).

Məlumdur ki, 10 mərtəbəli binanın dağılan blokunun hər mərtəbəsində 6 mənzil var. İlk iki mərtəbədə kommersiya təşkilatları yerləşib. Blokun sol hissəsi – ümumilikdə 30 mənzil çöküb.

Həmin hissədə 120 adam yaşayıb. Onlardan 111 nəfəri qeydiyyatda olub, 9 nəfər kirayədə yaşayıb. 52 nəfərin taleyi barədə xəbər var. Onlardan 4 nəfər ölüb, 16 nəfər evakuasiya edilib. 68 nəfərin isə taleyi müəmmalıdır.