Hökumət sözcüsü İsrail bayrağını ayaqların altına atdı

İsrail hökuməti İordaniya səfirini çağıraraq məsələ ilə bağlı açıqlama istəyib.
Sputnik

BAKI, 31 dekabr – Sputnik. İordaniya və İsrail arasında yaşanan böhran daha da dərinləşib.

İsrail Dəməşqə aviazərbələr endirib

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İordaniya hökumətinin sözcüsü Jumana Ghneimatın İsrail bayrağını ayaqlar altına atmasının görüntüləri ortaya çıxıb.

Sosial şəbəkələrdə bu görüntülərin yayılması iki ölkə arasında gərginliyi daha da artırıb.

İsrail hökuməti İordaniya səfirini çağıraraq məsələ ilə bağlı açıqlama istəyib.

İordaniya hökumətindən məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib. Hökumət sözcüsünün bu hərəkətinin qəsdən edib-etmədiyi hələlik dəqiq bilinmir.

Hökumət sözcüsü İsrail bayrağını ayaqların altına atdı

Qeyd edək ki, bundan əvvəl İordaniyada İsrail konsulluğuna edilən hücumun zamanı israilli təhlükəsizlik əməkdaşının açdığı atəş nəticəsində iordaniyalılar həyatını itirmiş və yaralanmışdı. Yaşanan bu hadisə iki ölkə arasında gərginliyin artmasına səbəb olmuşdu.

Diplomatik əlaqələrin normala dönməsi ilə iki ölkə səfirləri vəzifələrini həyata keçirməyə başlamışdı.