Yeni 2019-cu ilin gəlməsinə cəmi bir neçə saat qalıb! Sakinlərimiz isə bu son saatların dadını çıxarmağa çalışırlar. Şəhərin mərkəzi bayram təm-tərağına bürünüb. Bu son dəqiqələri şəhərin lap mərkəzində keçirməyin və bayram atəş-fəşanlığını Xəzərin sahilində izləməyin tam ayrı ləzzəti var.