HADİSƏ

Bulvarda qadın intihar edib

Qadının meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Dünən Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, D.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.