HADİSƏ

Ağsuda ana doğuşdan 5 gün sonra ölüb

A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılıb
Sputnik

BAKI, 31 dekabr – Sputnik. Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb. 

İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.