HADİSƏ

Körpəsinin həyatını qorudu, özü isə öldü

Ata övladını qorumaq üçün uşaq arabasını irəli atıb, özü isə avtomobilin altında qalıb
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Türkiyədə faciəvi hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpə uşaq ilə yola çıxan valideynlər qəza ilə üzləşiblər.

Belə ki, qadın evdə çantasını unutduğu üçün körpəsindən və həyat yoldaşından ayrılaraq evə qayıdıb. Kişi uşaq arabası ilə küçədə yavaş-yavaş hərəkət edib. Bu anda bir sürücü mikroavtobusunu onun düz üzərinə sürüb. Ata övladını qorumaq üçün uşaq arabasını irəli atıb, özü isə avtomobilin altında qalıb. Uşağının həyatını qurtaran ata qəzada dünyasını dəyişib.