RUSİYA

Rusiyada ağır helikopter qəzası olub, ölənlər var - VİDEO

Qəzaya uğramış helikopterin görüntüləri internetdə yayılıb
Sputnik

BAKI, 30 dekabr - Sputnik. Rusiyanın Ulan-Ude şəhərində helikopter qəzaya uğrayıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı helikopterdə 4 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.

Məlumata əsasən, helikopter yanıb. Artıq qəzaya uğramış helikopterin görüntüləri internetdə yayılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.