HADİSƏ

Bayram axşamı gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi

ETSN bayram axşamı gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Sputnik

BAKI, 30 dekabr - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 31-i axşam və yanvarın 1-də dağlıq və dağətəyi rayonlardagözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən bildirlib.

Nazirlik dağlıq və dağətəyi rayonlarda gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib.