MƏDƏNİYYƏT

“Azdrama” yanvarın 6-dək uşaqları sevindirəcək

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, bu il nümayiş olunan “Sinif yoldaşları” tamaşası Rusiya və Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğur idi
Sputnik

“2018-ci ildə teatrımız üçün uğurlu primeriyalar və müvəffəqiyyətli qastrol səfərləri ilə yadda qaldı”. Bunu Sputnik Azərbaycan-a teatrın 2018-ci il fəaliyyəti haqqında danışarkən Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

“Tamaşalarımıza azyaşlı və böyük tamaşaçılar tərəfindən yüksək maraq göstərilib. İl ərzində 9 yeni tamaşa hazırlanıb. Bunların arasında böyüklərlə yanaşı, uşaqlar üçün də nəzərdə tutulan tamaşalar var. Xüsusən də “Sinif yoldaşları” tamaşası Rusiya və Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurumuz idi. Həmçinin, Akademik Milli Dram Teatrının kollektivi müxtəlif tamaşalarla xarici ölkələrin səhnələrində çıxış edib. Onu da qeyd edim ki, “Azdrama” ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirir. Quruluşçu rejissoru Anar Sadıqov olan “Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşası uğurla nümayiş olunur. Yeni il şənlikləri və bayram tamaşası yanvarın 6-dək davam edəcək” - deyə o bildirib.

Cavid Zeynallının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz