HADİSƏ

Asiyada güclü zəlzələ baş verib

Mütəxəssislər bildirib ki, həmin ərazidə sunami təhlükəsi də ola bilər.
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Filippinin Mindanao adasında yer tərpənib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, burada 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin 60 kilometr dərinliyində olub. Hadisə zamanı ölənlər və itkin düşənlər barəsində heç bir məlumat yoxdur. 

Mütəxəssislər bildirib ki, həmin ərazidə sunami təhlükəsi də ola bilər.

Qeyd edək ki, 2013-cu ildə Filippində baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində 144 nəfər həyatını itirib.