Ebru su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamlarını isə ebruzən adlandırırlar. Maraqlıdır ki, bu sənətdə, tamamilə, təbii materiallardan istifadə olunur. Qatılaşdırılmış su üzərində torpaqdan hazırlanan boyalarla rəsmlər çəkilir, daha sonra isə kağız üzərinə köçürülür. Mərmər üzərində əzilmiş və içinə öküz ödü qatılmış bu boyalar su üzərində qarışmır.