BAKI, 29 dekabr — Sputnik. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Əli Hüseynli Rusiya Federasiyasının ərazisində saxlanılıb.
Ə.Hüseynli ölkəmizə ekstradisiya edilib.