Ölümü ilə bir neçə nəfəri həyata qaytardı

Onların vəziyyətinin yaxşı olduğu deyilir
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Türkiyənin Yalova şəhərində bir şəxs ölümü ilə 3 nəfəri həyata qaytarıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazim Tunc adlı kişinin başına qəfil qan sızıb və o həyatını itirib. 64 yaşlı 4 uşaq atası Nazim Tunc daxili orqanlarını xəstələrə verib.

Belə ki, ciyərini İstanbulda olan xəstələrə, böyrəklərini isə Bursada olan xəstəyə bağışlayıb. Hər iki  xəstəyə orqanlar köçürülüb. Onların vəziyyətinin yaxşı olduğu deyilir. Nazim Tunc isə bu gün dəfn olunacaq.