MƏDƏNİYYƏT

Ən az gəlir gətirən Hollivud ulduzları müəyyən edilib

Filmin yaradıcıları həddən artıq pul ödənilmiş aktyora görə cəmi 1,1 dollar gəlir əldə ediblər
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Amerikanın Forbes jurnalı Hollivudun ən az gəlir gətirən aktyorlarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu siyahıya "Qaranlıq qala" filmində oynayan Metyu Makkonaxi liderlik edir. Nəşrin məlumatına görə, filmin yaradıcıları aktyora ödənilmiş hər bir dollara görə cəmi 1,1 dollar gəlir əldə ediblər. Növbəti iki ən az gəlir gətirən aktyor isə Kristian Beylu (1,5 dollar) və Mettu Deymon (3,7 dollar) olub. Siyahıda aktrisa Melissa Makkarti (4,90 dollar), Riz Uizerspun (5,20) və Cenifer Lourens də (6) var.