RUSİYA

Avropa Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Sanksiyalar maliyyə, energetika və müdafiə sektorları, o cümlədən ikili təyinata malik mallara şamil olunur
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan RİA Novostiyə istinadən xəbər verir.

"Bu qərar 31 iyul 2019-cu ilə qədər qüvvədədir. Qərar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan bir gün sonra qüvvəyə minir", - deyə məlumatda bildirilir.

Sanksiyalar maliyyə, energetika və müdafiə sektorları, o cümlədən ikili təyinata malik mallara şamil olunur.

Qeyd edək ki, Aİ ilk dəfə bu sanksiyaları 31 iyul 2014-cü ildə Donbasda münaqişə fonunda 12 ay müddətinə tətbiq edib. Həmin ilin sentyabrında sanksiyalar genişləndirilib.